Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Plan"ının 2020-ci üzrə monitorinq və qiymətləndirilməsi aparılıb. Qeyd edək ki, Strategiya üzrə hesabat ilində icrası nəzərdə tutulmuş tədbirlər nəzərə alınmaqla əsas icraçı qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul olduğu 26 tədbir, Təhsil Nazirliyi üzrə 8 tədbir, Dövlət İdarəçilik Akademiyası üzrə 1 tədbir və Dövlət İmtahan Mərkəzi üzrə 1 tədbir olmaqla qiymətləndirilmə həyata keçirilmişdir.