Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”ının 2021-ci ilin birinci yarımilliyi üzrə monitorinq və qiymətləndirilməsi aparılıb. Qeyd edək ki, Dövlət Proqramı üzrə əsas icraçı qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir və hesabat ili üzrə icrası nəzərdə tutulmuş tədbirlər nəzərə alınmaqla 32 tədbirin qiymətləndirilməsi həyata keçirilmişdir.