“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsinin aparılması Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM-ə tapşırılmışdır.
“Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 453s nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında 18 avqust 529s nömrəli Sərəncamının 1.4-cü bəndi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) Strategiyanın icrasının təşkili, monitorinqi və qiymətləndirilməsi barədə təkliflərini hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılmışdır. Strategiyada nəzərdə tutulmuş tədbirlərin monitorinq və qiymətləndirilməsinin ilkin, aralıq nəticə və gözlənilən təsir indikatorları əsasında - nəticə əsaslı istiqamətdə aparılması nəzərdə tutulmuşdur.