Kommunikasiya / Tədbirlər və Görüşlər
Monitorinq və Qiymətləndirmə fəaliyyəti
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri” nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı”nı deputatlara təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri” nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı”nı deputatlara təqdim edib.
Milli Məclisdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı müzakirə olunub.
Dekabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə “Azərbaycan Respublikasında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı"nın müzakirəsi keçirilib.
İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, müvafiq sənəd 2016-2021-ci illər ərzində iqtisadi islahatların dərinləşməsində, iqtisadi subyektlərin inkişafında, mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, iqtisadi sahələrin rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayıb. Qeyd olunan Strateji Yol Xəritələrində 2025-ci ilədək ölkənin iqtisadi sahələrinin rəqabət qabiliyyətliliyinin daha da gücləndirilməsi nəzərdə tutulub.
İclasda çıxış edən parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı uzunmüddətli dövr üzrə inkişaf hədəflərini və ona nail olunması nəticələrini müsbət qiymətləndirib.
Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasında mill iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri” nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı”nı deputatlara təqdim edib.
Bildirilib ki, Strateji Yol Xəritələrinin uğurlu icrası nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artımı təmin etmək məqsədinin əsası qoyulub. Belə ki, bu il ölkədə ÜDM-in real artımı 5,1 faiz, o cümlədən qeyri-neft ÜDM-in artımı 6,0 faiz, gələn il isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Həmçinin qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından bu il 260 ABŞ dollarına çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür. Hal-hazırda 2022-2026-cı illər üzrə ölkənin sosial-iqtisadi inkişaf strategiyası və tədbirlər Planı Hökumət tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Hesabatın müzakirəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələsinin sədr müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Mahir Abbaszadə, Aydın Hüseynov, Məzahir Əfəndiyev, Müşfiq Cəfərov çıxış edərək fikirlərini səsləndiriblər, hesabata dair müsbət rəylərini bildiriblər.
“Azərbaycan Respublikasında mill iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri” nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasında mill iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri” nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransı keçirilib
Prezident İlham Əliyevin rəhbərliyi altında Strateji yol xəritələri özünün əsas məqsədlərinə çatıb: Azərbaycan iqtisadiyyatı 2015-2016-ci illərdəki xarici şokların mənfi təsirindən çıxaraq qısamüddətli dönəmdə sabitləşdi, ortamüddətli dönəmdə isə inkişaf xətti bərpa edilib. Məhz bunun nəticəsində 2020-ci ildə aşağı neft qiymətləri, quraqlıq, pandemiya və Vətən Müharibəsinin təsirlərinə baxmayaraq Azərbaycan iqtisadiyyatının qazandığı immunitet böhranın təsirlərini minimuma endirməyə imkan verib.
Strateji yol xəritələrinin uğurlu icrası nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artımı təmin etmək məqsədinin əsası qoyulub: Belə ki, bu il ölkədə ÜDM-in real artımı 5,1 faiz, o cümlədən qeyri-neft ÜDM-in artımı 6,0 faiz, gələn il isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Həmçinin qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından bu il 260 ABŞ dollarına çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür.
Hal-hazırda 2022-2026-cı illər üzrə ölkənin sosial-iqtisadi inkişaf strategiyası və tədbirlər Planı Hökumət tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Yeni strateji sənədin və tədbirlər planının təsdiqi ilə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icra müddəti 2022-ci il 1 yanvar tarixindən bitmiş hesab olunur.
Qeyd edək ki, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin hazırlanmasına, icrasına, monitorinq və qiymətləndirməsinin aparılmasına dövlət büdcəsindən heç bir əlavə maliyyə vəsaiti ayrılmayıb və dövlət qurumları bütün tədbirləri onlara ayrılmış büdcə çərçivəsində həyata keçiriblər.
Strateji yol xəritələrinin icrası nəticəsində vətəndaşların mənzil əlçatanlığı, maddi rifah və sosial sahədə aşağıdakı islahatlar həyata keçirilib:
Minimum əmək haqqının məbləği 105 manatdan 300 manata və orta aylıq əmək haqqı 494 manatdan 723 manata (2021-ci ilin 10 ayı üzrə) çatdırılıb
Büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqqının məbləği orta hesabla 2 dəfə artırılıb
Əmək pensiyasının minimum məbləği 110 manatdan 240 manata, təyin olunmuş aylıq pensiyaların orta məbləği 192 manatdan 331 manata (2021-ci ilin 11 ayı üzrə) çatdırılıb
Əlilliyə görə ödənilən aylıq müavinətin məbləği 2 dəfədən çox artırılıb
Yaşa görə aylıq müavinətin məbləği 66 manatdan 180 manata çatdırılıb
Sağlamlıq imkanları məhdud uşaqlara ödənilən aylıq müavinətin məbləği 74 manatdan 200 manatadək qaldırılıb
Ailə başçısını itirməyə görə müavinət 61 manatdan 100 manatadək artıb
Beşdən çox uşağı olan qadınlara müavinət - hər uşaq üçün 30 manatdan 70 manata çatdırılıb
Müddətli hərbi xidmət qulluqçularının uşaqlarına müavinət 61 manatdan 120 manata çatdırılıb
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 55 manatdan 120 manata çatdırılıb
Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrə verilən Prezident təqaüdü - 165 manatdan 210 manata çatdırılıb
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 1300 manatdan 1450 manata çatdırılıb
“Xalq” fəxri adına görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 100 manatdan 180 manatadək, “Əməkdar” fəxri adına görə fərdi təqaüd 60 manatdan 120 manatadək artırılıb
Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyası hüququ olan elmlər doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 01.01.2021-ci ildə təsis edilib:
Elmlər doktoru elmi dərəcəsinə görə 200 manatdan 300 manatadək;
Fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manatdan 200 manatadək.
Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılması və yaşayış səviyyəsinin daha da yüksəldilməsi məqsədilə dövlət başçısının 11 aprel 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. Agentliyin yaradılması eyni zamanda tikinti sektorunun stimullaşdırılması və ipoteka bazarının daha da inkişafına xidmət edib
2016-cı ilin noyabr ayında isə əhaliyə göstərilən tibb xidmətlərinin keyfiyyətini daha da yüksəltmək və icbari tibbi sığorta sistemini tətbiq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılmış və icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihələrin həyata keçirilməsinə başlanılıb
Qeyri-formal məşğulluğun leqallaşdırılmasında şəffaflıq təmin edilməsi istiqamətində nailiyyətlər əldə olunmuşdur. Belə ki, əmək müqavilələrinin sayı 1 250 105-dən 1 672 694-də (2021-ci ilin 11 ayı üzrə) qədər artıb
Vətəndaşlara verilən ipoteka kreditlərinin həcmi 2006-2015-ci illərdə ümumilikdə 721,9 milyon manat təşkil edirdisə, 2016-2021-ci illərdə verilmiş ipoteka kreditlərinin həcmi 1,4 milyard manat təşkil edib
Əhalinin hər nəfərinə düşən gəlirlər 4 710 manatdan 5 707 manata çatıb
Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2020-ci il üzrə nəticəəsaslı monitorinq və qiymətləndirilməsini aparılıb
Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2020-ci il üzrə nəticəəsaslı monitorinq və qiymətləndirilməsini aparılıb
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2020-ci il üzrə nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb. Dövlət Proqramının 2020-ci il üzrə monitorinq və qiymətləndirilməsi ilkin nəticə (output), nəticə (outcome) və gözlənilən təsir (impact) indikatorları olmaqla üç səviyyədə aparılmışdır. 2020-ci il üzrə monitorinq və qiymətləndirmə 7 gözlənilən təsir indikatoru, 24 nəticə və 64 ilkin nəticə indikatoru olmaqla toplam 95 indikatoru əhatə edib. 2020-ci il üzrə Proqramın icra faizi gözlənilən təsir indikatorlarına əsasən 90,4 faiz, tədbirlər üzrə ilkin nəticə indikatorlarına görə isə 53,95 faiz səviyyəsində qiymətləndirilib. Proqram nəticəəsaslı qiymətləndirilməsi aparılan ilk Dövlət Proqramıdır. Burada qiymətləndirmə hər bir tədbir üzrə görülmüş işlər əsasında (fəaliyyət əsaslı) deyil, aparılmış fəaliyyətlərin hədəflənən nəticələri yaratması və gözlənilən təsirlərin ölçülməsi əsasında (nəticəəsaslı) aparılıb.
Eyni zamanda əsas icraçı qurumların reytinqi hər bir qurum üzrə müvafiq ildə qiymətləndirilən tədbirlərin qiymətləndirilməsi əsasında müəyyən edilib. Qida Təhlükəsizliyi Agentliyi əsas icraçısı olduğu 47 tədbir üzrə icra faizi 58,47 faiz, Kənd Təsərrüfatı Nazirliyi əsas icraçısı olduğu 5 tədbir üzrə icra faizi 53,7 faiz, Təhsil Nazirliyi əsas icraçısı olduğu 2 tədbir üzrə icra faizi 35 faiz, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə əsas icraçısı olduğu 1 tədbir üzrə icra faizi 0 faiz olaraq qiymətləndirilib. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi çərçivəsində qida təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, elmi sübutlara əsaslanan risklərin təhlili sisteminin formalaşdırılması, qeydiyyat, təsdiq və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi, risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması, dövlət-özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi, müasir texnologiyaların və innovativ həllərin tətbiqi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması istiqamətlərində 12 əsas prioritet üzrə qiymətləndirilmə aparılıb. Ümumilikdə, 2020-ci il ərzində hədəflərə nail olunması planlaşdırılmış tədbirlərə görə qiymətləndirilmiş 12 prioritetdən 9-u, nəticə indikatorlarına görə isə qiymətləndirilmiş 10 prioritetdən 7-si üzrə tam və ya qismən nəticələrə nail olunub. İcra olunan fəaliyyətlər üzrə əsas məsul qurumlar AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir.
Qeyd edək ki, müvafiq hesabat hazırlanarkən dünya təcrübəsi araşdırılmış və bir sıra ən yaxşı təcrübələrdən, o cümlədən Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT strukturlarının və digər beynəlxalq təşkilatların nəticəəsaslı monitorinq və qiymətləndirmə sahəsində əldə olunan nailiyyətlərindən geniş istifadə edilib. Dövlət Proqramının icra müddətinə uyğun olaraq nəticələr sxemi tərtib olunarkən ilkin nəticə, aralıq nəticə və gözlənilən təsirlər üzrə indikatorlar təyin olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin ilkin nəticələri müzakirə edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin ilkin nəticələri müzakirə edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində 12 oktyabr 2021-ci il tarixində “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin nəticələri müzakirə edilib. "Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin nəticələrinə dair müzakirələrdə Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazliriyi, Təhsil Nazirliyi, Dövlət Turizm Agentliyi, Bakı Nəqliyyat Agentliyi və digər qurumların nümayəndələri iştirak edib. Görüşlərdə 2018-2020-ci illərdə aidiyyəti qurumlar tərəfindən icra edilmiş tədbirlər, tapşırıqların icrası zamanı qarşıya çıxan çətinliklər və əldə olunan ümumi nəticələr barədə müzakirələr aparılıb.
Qeyd edək ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq icraçı qurumlar bir çox istiqamətlərdə fəaliyyət göstərib və müvafiq tədbirlərin icrasını həyata keçirib. Belə ki, icraçı qurumlar Dövlət Proqramında müəyyən edilmiş tapşırıqlara uyğun olaraq, rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması və rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqamətində fəaliyyət göstəriblər.
Əlavə olaraq qeyd edək ki, Dövlət Proqramının əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq ötən 3 il ərzində ölkələrdə əlverişli biznes mühitinin inkişaf etdirilməsi, vergitutma mexanizminin sadələşdirilməsi, vergi yükünün optimallaşdırılması üçün normativ hüquqi aktların layihələri hazırlanıb, rəqəmsal bankçılığın inkişaf etdirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi istiqamətində Ani Ödənişlər Sisteminin (AÖS) yaradılması, aşağı gəlirli əhali qrupları üçün pulsuz “Baza bank xidmətləri paketi”nin tətbiqi istiqamətində mühüm işlər görülüb.
Əlavə olaraq onu da qeyd edək ki, rəqəmsal ekosistemin inkişaf etdirilməsi ilə bağlı məsələlər “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 27 aprel tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən qarşıdakı illərdə daha təkmil və prioritet formada davam etdiriləcəkdir.
Azərbaycanda “Monitorinq və qiymətləndirmə” nəşri iki dildə dərc edilib
Azərbaycanda “Monitorinq və qiymətləndirmə” nəşri iki dildə dərc edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Monitorinq və qiymətləndirmə: 2016-2021” nəşri iki dildə - Azərbaycan və ingilis dillərində dərc edilib. “Monitorinq və qiymətləndirmə: 2016-2021” nəşrində Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla aparılan idarəetmə islahatlarının tərkib hissəsi kimi yaradılmış monitorinq və qiymətləndirmə institutu sahəsində Azərbaycan təcrübəsi, qanunvericilik əsasları, metodologiya və rəqəmsal transformasiya kimi məsələlər əhatə olunur. Dünya Bankının “Avropa və Mərkəzi Asiyada səmərəli, hesabatlı və inklüziv institutların qurulması” mövzusunda hesabatında qeyd edilib ki, Azərbaycan monitorinq və qiymətləndirmə sahəsində innovativ həlləri tətbiq etməklə “nəticə əsaslı yaxşı idarəetmə” nümunəsi yaradıb. Dünya Bankının regionda uğur hekayəsi kimi təqdim etdiyi İİTKM-də yaradılan monitorinq və qiymətləndirmə institutu BP şirkətinin dəstəyi ilə www.monitoring.az portalı əsasında rəqəmsallaşdırılıb. BMT İnkişaf Proqramı, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa İttifaqı və bir sıra beynəlxalq inkişaf partnyorlarının yaxından iştirakı ilə İİTKM-in Səmərəliliyin qiymətləndirilməsi departamenti monitorinq və qiymətləndirmə fəaliyyətinin aparılması üzrə institusional struktur kimi formalaşıb.
Xatırladaq ki, İİTKM-in Nizamnaməsinin 2.2.1-2-ci və 2.2.1-3-cü bəndlərinə əsasən, dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinq və qiymətləndirilməsinin aparılması, icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsi əsas fəaliyyət istiqaməti olaraq hədəflənib. “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 990 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq hazırlanmışdır.
“Monitorinq və qiymətləndirmə: 2016-2021” nəşri ilə Azərbaycan dilində bu linkdə, ingilis dilində bu linkdə tanış ola bilərsiniz.
“Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”
“Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiq edilib.
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” təsdiq edilib. Yeni qaydalar “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Fərmanına uyğun olaraq hazırlanıb. Yeni Qaydaya əsasən, layihənin hazırlanması prosesində ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri və prioritetləri, habelə aidiyyəti qurumların təklifləri, dünya təcrübəsi, müvafiq sahələrdə keçirilən digər layihələrlə qarşılıqlı təsirin qiymətləndirilməsi nəzərdə tutulur. Qayda layihəsi dövlət proqramları üzrə müəyyən edilən əlaqələndirici qurumlara dövlət proqramında qeyd olunan hər bir tədbir və alt-tədbirlərin vahid koordinasiya orqanı tərəfindən nəzarətin təmin olunmasına zəmin yaradır. Yeni Qaydanın qəbulu ilə dövlət proqramlarının monitorinq və qiymətləndirilməsinə həm fəlsəfi, həm də metodoloji baxış bucağı dəyişir.Eləcə də, fəaliyyət əsaslı monitorinq və qiymətləndirmədən, artıq nəticəəsaslı monitorinq və qiymətləndirməyə keçidi müşahidə edilir. Bu, o deməkdir ki, artıq müvafiq icraçı orqanlar qarşısında monitorinq və qiymətləndirilmə zamanı, “onlar bunu ediblər?” sualı deyil, “nə olsun (so what ?)” sualı qoyulacaq. Yəni görülən işin icra olunub-olunmaması deyil, konkret nəticə və təsirləri qiymətləndiriləcək. Dövlət proqramları hələ tərtib mərhələsində olarkən görüləcək işlərin monitorinq və qiymətləndirilməsi üçün konkret indikator göstəricilər müəyyən olunacaq. Bu göstəricilər isə əvvəlcədən müəyyən edilmiş icrası nəzərdə tutulan tədbirlər nəticəsində problemlərin hansı dərəcədə həll edilməsini müəyyən edən indikatorlar olacaq. Monitorinq və qiymətləndirmə prosesində artıq indikatorlar üzrə ilkin baza göstəricilərinin müəyyən olunması ilə tədbirlərin həyata keçirilməsindən əvvəlki (ex-ante) və sonrakı (ex-post) vəziyyətin müqayisəli təhlilinin aparılmasına imkan yaranır. Yeni qaydalar monitorinq və qiymətləndirmə üçün tərtib edilən indikatorların üç mərhələ üzrə təsnifatlaşdırılmasını tələb edir: ilkin, aralıq və yekun nəticə indikatorları. İndikatorların bu formada bölgüsü dövlət proqramlarının icrasından gözlənilən nəticələrin dövri olaraq monitorinq və qiymətləndirilməsinin aparılmasına imkan yaradır.
Yeni Qaydanın təsdiqi ilə monitorinq və qiymətləndirmənin aparılması üçün tərtib edilən suallar üç əsas göstərici effektivlik, uyğunluq və səmərəlilik kateqoriyaları üzrə tərtib olunacaq ki, bu da beynəlxalq səviyyədə tanınmış monitorinq və qiymətləndirmə metodologiyasıdır. Qeyd olunmalıdır ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Dünya Bankı tərəfindən bu metodoloji çərçivədən istifadə edilir.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın ilk nəticəəsaslı monitorinq və qiymətləndirilməsi aparılıb
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın ilk nəticəəsaslı monitorinq və qiymətləndirilməsi aparılıb
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025- ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icra nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb. Qeyd edək ki, Dövlət Proqramının 2019-cu il üzrə icrası 44 indikator üzərindən 84 faiz səviyyəsində qiymətləndirilib. Bu indiyə qədər monitorinq və qiymətləndirilməsi aparılan Dövlət Proqramları arasında ən yüksək icra faizi olmaqla yanaşı nəticəəsaslı qiymətləndirilməsi aparılan ilk Dövlət Proqramıdır. Yəni qiymətləndirmə hər bir tədbir üzrə görülmüş işlər əsasında (fəaliyyət əsaslı) deyil, görülmüş işlərin yaradacağı nəticələr əsasında (nəticəəsaslı) aparılmışdır.
Eyni zamanda Agentlik üzrə 40 indikatora görə icra faizi 82 faiz müəyyən edilib. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi çərçivəsində qida təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, elmi sübutlara əsaslanan risklərin təhlili sisteminin formalaşdırılması, dövlət-özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi, müasir texnologiyaların və innovativ həllərin tətbiqi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması və s. istiqamətlərdə 12 əsas prioritet üzrə 2019-cu ildə icra edilmiş fəaliyyətlərin qiymətləndirilməsi aparılıb.
Ümumilikdə, 2019-cu il ərzində hədəflərə nail olunması planlaşdırılmış 12 prioritetdən 8-i üzrə tam, 4-ü üzrə isə əsasən nəticələrə nail olunub. İcra olunan əsas fəaliyyətlər üzrə məsul qurumlar AQTA və Kənd Təsərrüfatı Nazirliyidir.
Müvafiq hesabat hazırlanarkən dünya təcrübəsi araşdırılmış və bir sıra ən yaxşı təcrübələrdən, o cümlədən Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT strukturlarının və digər beynəlxalq təşkilatların nəticəəsaslı monitorinq və qiymətləndirmə sahəsində əldə olunan nailiyyətlərindən geniş istifadə edilmişdir. Dövlət Proqramının icra müddətinə (2019-2025-ci illər) uyğun olaraq nəticələr sxemi tərtib olunarkən ilkin nəticə, aralıq nəticə və gözlənilən təsirlər üzrə indikatorlar təyin olunub. Ölkədə ilk genişmiqyaslı nəticəəsaslı icra və qiymətləndirmə prosesi olan bu proqramın monitorinq və qiymətləndirmə hesabatı Dünya Bankı ekspertlərinin tövsiyələri nəzərə alınaraq hazırlanıb. Müvafiq yanaşmaya əsasən monitorinq və qiymətləndirmə 2019-cu il üzrə ilkin buraxılış indikatorları üzərindən aparılıb.
“Monitoring.az” portalının təqdimatı keçirilib
“Monitoring.az” portalının təqdimatı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin BP şirkəti ilə birgə hazırladığı yeni “monitoring.az” portalının təqdimat mərasimi keçirilib. Portalın yaradılmasının əsas məqsədi strateji yol xəritələrinin və digər dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsində qurumlar arasında olan “kommunikasiya məsafəsini” azaltmaq, monitorinq və qiymətləndirmə institutunu rəqəmsallaşdırmaq, sadələşdirmək və şəffaflaşdırmaqdır.
Təqdimat mərasimini giriş sözü ilə açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda elektron hökümət və elektron məhkəmə ilə yanaşı, həm də elektron monitorinq sisteminin yaradılması çevik və səmərəli dövlət idarəetməsini təmin edir. İİTKM strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini, həmçinin öz səlahiyyətləri çərçivəsində dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətlərin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini həyata keçirir. V.Qasımlı islahat proseslərinin rəqəmsal platformalar vasitəsilə aparılmasının Prezident İlham Əliyevin ölkədə islahatların davamlı və ən qabaqcıl beynəlxalq təcrübələr və yanaşmaların tətbiqi barədə tapşırıqlarının nəticəsi olduğunu qeyd edib: “Monitoring.az portalı dövlət strategiyalarının, proqramların, tədbirlər planlarının monitorinqi və qiymətləndirilməsi nəticəsində Böyük Verilənlər (Big Data) bazası yaratmağa imkan yaradır.
Digər tərəfdən Azranking.az portalı isə Verilənlər Bazasından istifadə etməklə islahatların generasiyasını təmin edir və islahatlar da yenidən monitorinq olunur. Gələcəkdə Monitorinq.az və Azranking.az portalları arasında funksional əlaqə “müdrik çevrə” yaradacaq. Beləliklə, cənab Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın özünəməxsus iqtisadi islahatların idarəedilməsi modeli yaradılmışdır. Monitoring.az portalı İİTKM-in monitorinq institutu kimi qiymətləndirmə, koordinasiya və kommunikasiya imkanlarını artırmaqla bərabər ölkədəki islahat proseslərinin də sürətlənməsinə müsbət təsir göstərəcək.”
Daha sonra BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli İİTKM-in BP ilə elektron monitorinq və qiymətləndirmə infrastrukturunu modernləşdirmək layihəsinin uğurla başa çatmasından məmnunluq ifadə edib: “BP həmişə ölkədə iqtisadiyyatın diversifikasiyasına dəstək vermək öhdəliyinə sadiq olub. Biz Azərbaycanın davamlı iqtisadi inkişafına töhfə verəcəyini hesab etdiyimiz bu layihəni dəstəkləməkdən qürur duyuruq.”
Qeyd edək ki, elektron portalın fəaliyyətə başlaması ölkədə monitorinq və qiymətləndirmə prosesinin hesabatlılıq, şəffaflıq, çeviklik, obyektivlik, qanunun aliliyi, səmərəli qərar qəbuletmə və yaxşı idarəetmə prinsiplərinə əsaslanmaqla koordinasiyasına imkan yaradacaqdır. Belə idarəetmə ilk növbədə ədalətli təmsilçiliyə, bürokratik prosedurların azalmasına, cəmiyyətin ehtiyaclarının nəzərə alınmasına xidmət edir. Belə bir portalın istismara verilməsi elektron platforma vasitəsilə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi, məlumat mübadiləsinə sərf olunan vaxtın maksimum azaldılmasına şərait yaradacaqdır. Digər tərəfdən, bu ölkəyə müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması, effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması, vətəndaşların dövlət idarəçiliyində və islahatların aparılması prosesində fəal iştiraka cəlb olunması kimi məsələlərdə də əlavə stimullar yaradacaqdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitikləri Yusif Səfərov və Ayaz Museyibov monitorinq və qiymətləndirmə üzrə proqram təminatına dair təqdimatla çıxış etdilər. Bildirilib ki, portal monitorinq və qiymətləndirmə prosesini institusionallaşdırır, islahat proseslərini rəqəmsallaşdırır, koordinasiya və kommunikasiyanın effektivliyini artırır, hesabatlılıq, şəffaflıq və səmərəliliyi yüksəldir. Əlavə olunub ki, Portal icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya proseslərini tam əhatə edir. Monitoring.az portalının fəaliyyət mexanizminə uyğun olaraq əlaqələndirici, icraçı qurumların, monitorinq qrupunun funksionallıqları barədə iştirakçılara geniş məlumatlar təqdim olunub. İİTKM-in analitikləri qeyd ediblər ki, portaldan istifadə nəticəsində məlumat mübadiləsinə sərf olunan vaxt azalacaq, real vaxt rejimində hesabatlılıq, performans analizi imkanları yaranacaq, monitorinq və qiymətləndirmə prosesinin keyfiyyəti yüksələcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri qarşıdakı müddət ərzində proqram təminatı ilə bağlı dövlət qurumları ilə görüşlərin və təlimlərin keçiriləcəyini bildiriblər.
Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi icra vəziyyəti müzakirə olunub
Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi icra vəziyyəti müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Strateji yol xəritələrinin 2019-cu ildə icra vəziyyətinə dair müzakirələrə start verilib. İlk olaraq “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” üzrə bu il görülən işlərin icraçı qurumlarla birlikdə müzakirəsi aparılıb.
Müzakirələr zamanı aidiyyəti qurumlar tərəfindən icrası nəzərdə tutulan və icrası davam edən tədbirlərin icra vəziyyəti və bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunub. “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ölkədə aparılan iqtisadi islahatların əsas istiqaməti kimi fiskal dayanıqlılığın gücləndərilməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, insan kapitalının, əlverişli biznes mühitinin inkişaf etdirilməsi tədbirləri müzakirə edilib. Qeyd edilib ki, ötən illər ərzində bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub və zəruri addımlar atılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektorunun artım tempi 3 faiz, qeyri-neft sektoru üzrə ixrac 17 faiz və qeyri-neft sənayesi 15,8 faiz artdığı halda inflyasiya cəmi 2,7 faiz təşkil edib və manatın sabitliyi qorunub.
V.Qasımlının sözlərinə görə “əkiz balanslar” – tədiyə balansı və icmal büdcənin balansında müsbət saldonun olması makroiqtisadi sabitlik üçün əsasdır və inqilabi sosial paketin həyata keçirilməsinə zəmin yaradır: “Milli iqtisadiyyat perspektivi strateji yol xəritəsinə uyğun olaraq biznes mühitinin əlverişliliyinin artırılmasınının səbəbidir ki, dünyada və regionda sərmayə həcmi azaldığı halda, Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektoru üzrə kapital qoyuluşları 9,7 faiz artaraq 4,6 milyard manata çatıb. Eyni zamanda fiskal dayanıqlılığın artırılması üçün büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, icmal büdcənin yuxarı həddi və borc strategiyası qəbul edilib. Nəticədə dövlət büdcəsinin neft sahələrindən gəlirləri cari ilin birinci yarımilliyində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 251 mln. manat və ya 4,3 faiz azalsa da, qeyri-neft sahələrindən gəlirlər 841,1 mln. manat və ya 20,6 faiz artıb.”
Qeyd edək ki, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Statistika Komitəsi ASAN Xidmət və digər qurumların nümayəndələri iştirak edib.
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub. Tədbirdə proqram idarəetməsinə uyğun olaraq icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri müzakirə edilib. Qeyd edək ki, bu yol xəritəsinin həyata keçirilməsi üçün 3 strateji hədəf və 9 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Müzakirə zamanı həmçinin bildirilib ki, bu yol xəritəsinin əsas istiqaməti kimi mövcud aktivlərin optimallaşdırılması, rəqabətədavamlı sektorun yaradılması, maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi tədbirləri zəruri addımlar kimi qeyd edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin icrası zamanı bu istiqamətdə mühüm işlər görülüb. İslahatların nəticəsi olaraq, investisiya məlumat bankı yaradılıb. Biznes proseslərini tənzimləyən prosedurların daha da sadələşdirilməsi ilə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb: “2019-cu ilin yanvar-avqust aylarında 2018-ci ilin müvafiq dövri ilə müqayisədə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artıb. Həmçinin, emal sənayesi üzrə hazır metal məmulatlarının istehsalı 59,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,4 faiz, maşın və avadanlıqların istehsalı 13,6 faiz, tikinti materiallarının istehsalı 7,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 55,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz artıb. Mədənçıxarma sənayesi üzrə metal filizlərinin hasilatı 2019-cu ilin yanvar-iyun aylarında 2018-ci ilin müvafiq dövrünə nisbətən 11, 2 faiz artıb.
Eyni zamanda, müvafiq dövr ərzində sənaye müəssisələrinin kadr təminatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. Sənaye və quraşdırma, avtomatlaşdırma, avtomobil, dağ-mədən işləri üzrə mütəxəssis və digər müxtəfil növ sənaye sahələri üzrə peşə təhsili proqramları hazırlanıb. 2019-cu ilin yanvar-may aylarında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 7, 3 faiz artaraq 1 012, 1 manat olub.”
Müzakirə zamanı qeyd edilib ki, yüngül, yeyinti, kimya, tikinti və digər emal sənayesi sahələrinin və mədənçıxarma sənayesinin inkişafı ağır sənaye və maşınqayırma sənayesinin hazır məhsulları olan istehsalat xətləri, maşın və avadanlıqlar, müxtəlif dəzgahların və digər məhsulların intensiv inkişafından asılıdır. 2019-cu ilin yanvar-iyun aylarında emal sənayesində məhsul istehsalının strukturunda ən yüksək xüsusi çəkiyə malik alt sahələr qida məhsullarının istehsalı (32, 4%), neft məhsullarının istehsalı (25, 5%) və tikinti materiallarının istehsalı (6, 6%) təşkil edir.
Qeyd edək ki, “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsinin və digər dövlət qurumlarının nümayəndələri iştirak edib.
Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi üzrə müzakirə olunub
Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi üzrə müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi” müzakirə olunub. Tədbirdə proqram idarəetməsinə uyğun olaraq icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri çərçivəsində icrası nəzərdə tutulan və icrası davam edən tədbirlərin icra vəziyyəti və bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 5 strateji hədəf və 21 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər KOS fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, KOS subyektlərinin beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması, KOS subyektlərinin bilik və bacarıqlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətləndirilməsi, innovasiyaların təşviqi, KOS subyektləri üçün araşdırma və inkişaf fəaliyyətlərinin genişləndirilməsi istiqamətlərində tədbirlərdən ibarət olub.
Qeyd edilib ki, ötən illər ərzində bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub və zəruri addımlar atılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq kiçik və orta sahibkarlıq və ümumilikdə biznes mühiti dinamik inkişaf meyli nümayiş etdirməkdədir. Strateji Yol Xəritəsinin icrası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, «Lisenziyalar və icazələr» portalı, İpoteka və Kredit Zəmanət Fondu, daşınar əmlakın yüklülüyü üzrə dövlət reyestri yaradılıb. Həmçinin qanunvericiliyin təsiri analizinin tətbiqi, dövlət satınalmalarında KOB subyektlərinin minimum iştirak payı, yoxlamaların 2021-ci ilədək dayandırılması və sənaye klasterlərinin rezidentlərinə verilən güzəşt və imtiyazlar kimi tədbirlər həyata keçirilib.
Müzakirələr zamanı bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Strateji Yol Xəritələrinin icrası, monitorinqi və qiymətləndirilməsi bütövlükdə idarəetmənin səmərəliliyinin, şəffaflığının və hesabatlılığının daha da artmasını təmin edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında 2017-ci ildə sabitləşdirmə, 2018-ci ildə canlanma və 2019-cu ildə yüksək artım tempi təmin olunub. Əgər 2016-cı ildə ölkənin ÜDM-də 3,1 faizlik azalma qeydə alınmışdırsa, iqtisadi proseslərə çevik reaksiya verilməsi və düzgün strateji xəttin seçilməsi nəticəsində 2017-ci ildən başlayaraq iqtisadi inkişaf templəri bərpa olunmağa başlanıb. Belə ki, 2017-ci və 2018-ci illərdə müvafiq olaraq ÜDM-də 0,1 və 1,4 faizlik artım qeydə alınmışdırsa, 2019-cu ilin ilk 8 ayında ÜDM-in artım tempi 2,4 faizə çatıb, qeyri-neft, qaz sektorunun artım tempi 3 faiz təşkil edib, neft-qaz sektoru 1,6 faiz artıb və milli valyutanın məzənnəsinin sabitliyinə nail olunub. Eyni zamanda 2017-ci illə müqayisədə inflyasiya 12,9 faizdən 2019-cu ilin ilk 8 ayının göstəricilərinə əsasən 2,6 faizə düşüb.
Qeyd edək ki, “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, AZPROMO və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun nümayəndələri iştirak edib.
Turizm Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub
Turizm Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” müzakirə olunub. Tədbirdə proqram idarəetməsinə uyğun olaraq icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri müzakirə edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 4 strateji hədəf və 16 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər xarici turistləri daha çox cəlb etməklə Bakı şəhərinin turizm potensialının tam gerçəkləşdirilməsi, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılması, yerli və regional turistlər üçün regional turizm növlərinin inkişaf etdirilməsi, turistlərin məmnunluğunun artırılması məqsədilə milli turizm keyfiyyət sisteminin yaradılması istiqamətlərində tədbirlərdən ibarət olub. O əlavə edib ki, hazırda Prezident İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq turizm sektoru dinamik inkişaf meyli nümayiş etdirir: “2019-cü ilin yanvar-avqust dövrü ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3% artaraq 2.1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53%-i Rusiya (653 min) və Gürcüstanın (472 min) payına düşür. Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstandan gələn əcnəbi qonaqların sayında 22.8% və ya 87 min artım müşahidə edilib. Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40.4% və 38.1% artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb. Cənubi Asiya regionundan gələn qonaqların əksəriyyətini Hindistan (39 min; 68% artım) və Pakistan (29 min; 12.9% artım) vətəndaşları, Mərkəzi Asiyadan gələnlərin böyük hissəsini isə Türkmənistan (32 min; 82.9% artım) və Qazaxıstan vətəndaşları (31 min; 21.2% artım) təşkil edib. Türkiyədən gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5.1% artaraq 203 min nəfər olub. Yaxın Şərq və İrandan gələnlərin sayı 23 min və 22 min azalaraq müvafiq olaraq 264 min və 164 min nəfərə enib. Qeyd etmək lazımdır ki, 2018-ci ilin dekabr ayında Çin, Hindistan, Almaniya, Rusiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Turizm Bürosunun nümayəndəlikləri fəaliyyətə başlayıb. Cari ilin yanvar-avqust dövrü ərzində bu ölkələrdən gələnlərin sayı keçən illə müqayisədə 35 min və ya 17% artaraq 237 min nəfərə çatıb. Eyni zamanda turizm xidmətləri üzrə tədiyə balansının müsbət saldosu qorunub saxlanılıb.”
Müzakirələrdə o da qeyd edilib ki, ölkədə turizm sahəsində strateji yol xəritələrinin icrası çərçivəsində görülən işlərin nəticələri beynəlxalq mötəbər reytinq agentlikləri tərəfindən də təsdiq edilməkdədir. Belə ki, Dünya İqtisadi Forumunun "Turizm və səyahətin rəqabət qabiliyyəti" adlı hesabatın əsas indikator qruplarından sayılan biznes mühiti üzrə Azərbaycan 7 maksimum baldan 5.1 bal əldə edib ki, bu da ölkəyə müvafiq indikator üzrə 57-ci yerdən 28-ci pilləyə qədər irəliləməyə imkan verib, əldə olunan nailiyyətə əsasən ölkə müvafiq indikator üzrə “ən inkişaf etmiş” ölkə statusunda qiymətləndirilib.
Qeyd edək ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mülki Aviasiya Administrasiyası, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak edib.
Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub
Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub. Müzakirələr zamanı aidiyyəti qurumlar tərəfindən icrası nəzərdə tutulan və icrası davam edən tədbirlərin icra vəziyyəti və bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 3 strateji hədəf və 7 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması, Tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsi, Logistika və ticarət sahəsində məqsədlərin gerçəkləşdirilməsi üçün mühüm hərəkətverici mexanizmlərin tətbiqi istiqamətlərində tədbirlərdən ibarət olub.
Qeyd edək ki, “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, "Bakı Beynəlxalq Dəniz Limanı" QSC, "Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azəravtoyol" ASC", “Silk Way Aviaşirkəti” MMC, “Azərbaycan Hava Yolları" QSC və İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak edib.
Kənd təsərrüfatı üzrə Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub
Kənd təsərrüfatı üzrə Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti müzakirə olunub. İclasda icraçı qurumların fəaliyyətinin əlaqləndirilməsi, monitorinq və qiymətləndirmə sahəsində izahat və qarşıda duran tapşırıqların uğurla həyata keçirilməsi məsələlərinə toxunulub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 9 strateji hədəf və 36 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi, maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı, kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişafı, kənd yerlərində məşğulluqun artırılması və əhalinin rifahının yüksəldilməsi və digər tədbirlərdən ibarət olub.
Vüsal Qasımlı qeyd edib ki, ötən illər ərzində bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub və zəruri addımlar atılıb. Prezident İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda bu ilin ilk 7 ayında kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 9,5 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,1 faiz artıb. Bundan başqa, ölkədə 643 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir. Həmçinin, tərəvəz, bostan məhsulları və ayrı-ayrı meyvəçilik sahələri üzrə də məhsuldarlıqda əsaslı artımlara nail olunub. Ümumiyyətlə isə 2019-cu ilin yanvar-iyun aylarında yaşıl çay yarpağı istisna olmaqla, ölkədə bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb. 2019-cu ilin yanvar-iyun aylarında 411.8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 27.9 faiz artım deməkdir.
Qeyd edək ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və digər qurumların nümayəndələri iştirak edib.
Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə edilib
Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” müzakirə olunub. Müzakirələr zamanı icrası nəzərdə tutulan və icrası davam edən tədbirlərin icra vəziyyəti və bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 5 strateji hədəf və 16 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər bankların restrukturizasiyası və kapitallaşması, aktivlərin sağlamlaşdırılması, sığorta bazarının inkişafı, maliyyə inklüzivliyinin gücləndirilməsi, kapital və pul bazarının inkişafı, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması, kredit məlumatlarının mübadiləsi sisteminin inkişafı, kreditorların hüquqlarının müdafiəsi üzrə işlək mexanizmlərin yaradılması, məhkəmə qərarlarının standartlaşdırılması və icra intizamının yaxşılaşdırılması və s. istiqamətlərdə tədbirlərdən ibarət olub.
V. Qasımlının sözlərinə görə qarşıya qoyulan hədəflərə vaxtında və uğurla nail olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq bank sisteminin maliyyə dayanıqlığı göstəriciləri artıb. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı 2016-cı ilin sonu ilə müqayisədə 3 dəfəyə yaxın artıb.
Digər tərəfdən, 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman” da bank sektorunda aktivliyin artmasına şərait yaratmaqla bərabər, qeyri-işlək kredit portfelinin də əsaslı şəkildə azalması üçün çox möhkəm əsaslar yaradıb. Görülən tədbirlərin və aparılan islahat tədbirlərinin nəticəsində qeyri-işlək kreditlərin həcmində post-krizis dövründə ümumilikdə 4 faizlik rekord həcmdə azalmaya nail olunub.
Son 3 ilin statistik göstəricilərinə əsasən ölkədə fiziki şəxslərin əmanətlərinin tərkibində xarici valyutalara nisbətdə manatın xüsusi çəkisi 2.5 dəfədən çox artıb və dedollarizasiya prosesləri güclənib.
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub. Tədbirdə proqram idarəetməsinə uyğun olaraq icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri müzakirə edilib. Qeyd edək ki, bu yol xəritəsinin həyata keçirilməsi üçün 7 strateji hədəf və 14 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası zamanı bu istiqamətdə mühüm işlər görülüb, kommunal xidmətlər sahəsində aparılan iqtisadi islahatların nəticəsi olaraq, əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi təxminən 30 faiz olaraq 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Eyni zamanda qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 95,7%-ə çatdırılıb. Ümumi qoyuluş gücü 400 MVt Şimal 2 ES istismara verilib, həmçinin ötən ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında elektrik enerjisinin istehsalı 200 milyon kVts və ya 10,5 % artaraq 2,14 milyard kVts elektrik enerjisi istehsal edilib.
Müzakirə zamanı həmçinin bildirilib ki, bu yol xəritəsinin əsas istiqaməti kimi kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi, tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi, dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması nəzərdə tutulur. Eyni zamanda səmərəli və effektiv qazpaylama infrastrukturunun inkişafı, yüksək səviyyəli su idarəetmə strukturunun yaradılması, su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi, dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması tədbirləri zəruri addımlar kimi qeyd edilib.
İcraçı qurumlarla mütəşəkkil qaydada aparılan islahatlar nəticəsində 2019-cu ilin yanvar-iyun ayları ərzində “Azərişıq” ASC-yə, “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən vətəndaşların sayında 2018-ci ilin yanvar- iyun ayları ilə müqayisədə 2 dəfədən çox, sahibkarların sayında isə 3 dəfəyə yaxın artım olub. Həmçinin 2019-cu ilin 7 ayı ərzində müraciət edən sahibkarların 2800-nün obyektinə elektrik sayğacı qoyulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur. Bu sahədə islahatlar, Azərbaycanın “Doing Business” hesabatında irəliləməsinə də təsirini göstərməkdədir. Belə ki, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 pillə irəliləyiş olub.
Qeyd edək ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Tarif (qiymət) Şurası, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Neft Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC və “Azərsu” ASC-nin nümayəndələri iştirak edib.
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub. Müzakirə zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bu yol xəritəsinin həyata keçirilməsi üçün 2 strateji hədəfin, 6 strateji prioritetin və 18 tədbirin həyata keçirilməsi planlaşdırılıb. Bu tapşırıqlar əsasən 2020-ci ilədək qarşıya qoyulan uyğun qiymətə mənzil təminatının layihələndirilməsi və həyata keçirilməsi səviyyəsinin yüksəldilməsi, dövlət mülkiyyətində olan boş torpaq sahələrinin mənzil tikintisinə cəlb edilməsi nəticəsində layihələrin icra xərclərinin azaldılmasıdır.
Bundan başqa rəqabət mühitinin tam təmin edilməsi sayəsində layihələrin xərclərinə qənaət edilməsi, “MİDA” MMC-nin həyata keçirdiyi xidmətlərin böyük hissəsinin “Elektron hökumət” portalı vasitəsilə yerinə yetirilməsi, urbanizasiya probleminin azalması, mənzillərin orta inşaat müddətinin azaldılması, bu günədək mənzillə təmin edilməyən qaçqın və ya məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşması və ölkənin tikinti sektoruna xarici investisiyaların cəlb edilməsi əsas məqsədlərdəndir.
Qeyd edək ki, “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “MİDA” MMC və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak edib.