10.09.2019

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti haqqında monitorinq qrupu ilə işçi qrup arasında iclas

 

Başlama vaxtı: 10.09.2019 15:00

Bitmə vaxtı: 10.09.2019 17:00

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti haqqında monitorinq qrupu ilə işçi qrup arasında 10 sentyabr 2019-cu il saat 15:00-da növbəti iclasının keçirilməsi nəzərdə tutulmuşdur.

 

Tədbirdə proqram idarəetməsinə uyğun olaraq icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri çərçivəsində icrası nəzərdə tutulan və icrası davam edən tədbirlərin icra vəziyyəti və bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunacaq. Strateji Yol Xəritəsində 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 9 strateji hədəf və 36 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

 

İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi,16, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binası, 6-cı mərtəbə, iclas zalı