"2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nın 2021-ci il üzrə monitorinq və qiymətləndirilməsinin nəticələrinə dair müzakirə
Başlama vaxtı: 13.12.2022 16:00
Bitmə vaxtı: 13.12.2022 18:00
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nın 2021-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinin müzakirəsi keçiriləcək. Tədbirdə Tədbirlər Planı üzrə icrası nəzərdə tutulan tədbirlərin icra vəziyyəti və bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunacaq. Tədbir 13 dekabr saat 16.00-da baş tutacaq.
İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi,16, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binası, 6-cı mərtəbə, iclas zalı